Moskvada isti hava şəraiti ilə bağlı narıncı təhlükə səviyyəsi elan edilib

Moskvada isti hava şəraiti ilə bağlı narıncı təhlükə səviyyəsi elan edilib Şəhərdə 1,4 mindən artıq xilasedici növbə çəkəcək
Region
6 Avqust , 2016 17:30
Moskvada isti hava şəraiti ilə bağlı narıncı təhlükə səviyyəsi elan edilib

Bakı. 6 avqust. REPORT.AZ/ Moskvada anomal istilərlə bağlı paytaxtda havanın təhlükəli olduğunu göstərən narıncı təhlükə səviyyəsi elan edilib.

Bu barədə "Report" Rusiya KİV-inə istinadən xəbər verir.

Sinoptiklərin proqnozlarına görə, bazar günü Moskvada havanın temperaturu 31-33 dərəcəyədək yüksələ bilər. Hazırda paytaxtda havanın temperaturu 28 dərəcəni ötüb. 

Bildirilir ki, bazar günü şəhərdə 1,4 mindən çox xilasedici növbə çəkəcək.

Son xəbərlər

Orphus sistemi