Rusiyanın MİQ-29 və SA ​sistemi Türkiyənin patrul qırıcılarını təqib edib

Rusiyanın MİQ-29 və SA ​sistemi Türkiyənin patrul qırıcılarını təqib edib Bu proses 4 dəqiqə 30 saniyə sürüb
Region
6 Oktyabr , 2015 17:30
Rusiyanın MİQ-29 və SA ​sistemi Türkiyənin patrul qırıcılarını təqib edib

Bakı. 6 oktyabr. REPORT.AZ/ Suriya ilə sərhədboyu patrul xidməti uçuşu keçirən Türkiyənin F-16 qırıcıları Rusiyanın MİQ-29 təyyarələri tərəfindən təqibə məruz qalıb.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu haqda ölkənin Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.

Məlumata görə, Türkiyənin F-16-larını MİQ-29 təyyarələri 4 dəqiqə 30 saniyə, SA raket hücumundan müdafiə sistemi isə 4 dəqiqə 25 saniyə təqib edib. 

Son xəbərlər

Orphus sistemi