Bakı. 11noyabr. REPORT.AZ/ "Əyər 2016-cı ildə Rusiyada iqdisadi göstəricilər pisləşsə, hökümət anti-böhran planını tətbiq etməyə başlayacaq". "Report"un "TASS" agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Rusiyanın Baş naziri Dmitriy Medvedev deyib.
Onun sözlərinə görə, hələlik inflasiya göstəricilərinin aşağı düşəcəyinə dair ümidlər mövcuddur. "2016-cı ildə inflasiyanın 7% səviyyəsinə enəcəyini və iqdisadi inkişaf templərinin sürətlənəcəyini proqnozlaşdırırıq. Ancaq vəziyyət çətinləşsə anti-böhran planının tətbiqi gündəmə gələcək. Hər şey vəziyyətdən aslıdır", - deyə hökümət başçısı qeyd edib.