​MDB ölkələri hökumət başçıları iqtisadiyyat sahəsinə dair tədbirlər planını imzalayıb

​MDB ölkələri hökumət başçıları iqtisadiyyat sahəsinə dair tədbirlər planını imzalayıb Növbəti iclas oktyabrın 30-da Düşənbədə keçiriləcək
Region
29 May , 2015 12:21
​MDB ölkələri hökumət başçıları iqtisadiyyat sahəsinə dair tədbirlər planını imzalayıb

Bakı. 29 may. REPORT.AZ/ Qazaxıstanda Müstəqil Dövlətlər Birliyinin (MDB) Hökumət Başçıları burada baş tutan Şuranın iclasında aktual olan maliyyə və iqtisadi məsələlərinin birgə həlli üzrə fəaliyyət planı, eləcə də, beynəlxalq daşımalarda nəqliyyat təhlükəsizliyini təmin etmək üçün Strategiyanı imzalayıblar. Bu barədə "Report" RİA Novosti-yə istinadən xəbər verir.

Bu sənədlər 2020-ci ilədək MDB ölkələrinin Dövlətlərarası proqramına daxil olan və 2014-cü ildə bu ölkələr üçün aktual olan maliyyə və iqtisadi məsələlərin birgə həlli yolları, həmçinin  innovativ əməkdaşlığı tənzimləmək məqsədilə qəbul olunan sənədlərin həyata keçirilməsini özündə əks etdirir.

Bundan başqa iclasda sərhədyanı əməkdaşlıq məsələlərinə dair Konsepsiya, həmçinin MDB dövlətlərinin 2020-ci ilə qədər həyata keçiriləcək tədbirlər Planı da müzakirə olunur.

Qurumun növbəti iclası oktyabrın 30-da Düşənbədə keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi