MDB Dövlət Başçıları Şurasının toplantısı başlayıb

MDB Dövlət Başçıları Şurasının toplantısı başlayıb Azərbaycan Prezidenti İlham Əliyev iclasda iştirak edir
Region
16 Sentyabr , 2016 16:32
MDB Dövlət Başçıları Şurasının toplantısı başlayıb

Bakı. 16 sentyabr. REPORT.AZ/ Bişkekdəki "Ala-Arça" dövlət iqamətgahında MDB Dövlət Başçıları Şurasının zirvə toplantısı başlayıb.

"Report" Qırğız Respublikası KİV-inə istinadən xəbər verir ki, sammitdə Azərbaycan, Rusiya, Belarus, Qazaxıstan, Moldova və Tacikistan prezidentləri, Moldovanın baş naziri, Türkmənistan Nazirlər Kabineti sədrinin müavini, Özbəkistan xarici işlər naziri və Ukraynanın Qırğız Respublikasındakı səfiri iştirak edir.

Məlumata görə, zirvə toplantısının gündəliyinə xarici işlər naziriləri ilə razılaşdırılmış 15 məsələ daxil edilib.

Sammitdə ilk növbədə ərazi təhlükəsizliyi, terrorçuluğa qarşı mübarizə məsələləri müzakirə olunur.

Mədəni inkişaf və iqtisadi inteqrasiya məsələləri də müzakirə ediləcək mövzulardandır.

Son xəbərlər

Orphus sistemi