​Latviya prezidenti xəstəxanadan çıxıb

​Latviya prezidenti xəstəxanadan çıxıb Onun müalicəsi milli bərpa mərkəzində davam etdiriləcək
Region
26 Fevral , 2016 13:47
​Latviya prezidenti xəstəxanadan çıxıb

Bakı. 26 fevral. REPORT.AZ/ Latviya prezidenti Raymond Veyonis xəstəxanadan çıxarılıb və onun müalicəsi milli bərpa mərkəzində davam etdiriləcək.

"Report" TASS-a istinadən xəbər verir ki, bu haqda Latviya Prezidentinin Administrasiyası məlumat yayıb.

Qeyd edək ki, prezidentin ürəyinin klapanlarından biri virusa yoluxduğundan, infeksiyanın yayılmasını məhdudlaşdırmaq üçün cərrahiyyə əməliyyatı aparılmışdı.

Xatırladaq ki, Latviyanın dövlət başçısı Raymond Veyonisin martın 10-11-də keçiriləcək IV Qlobal Bakı Forumunda iştirak etmək üçün Azərbayacana səfəri də nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi