KİV: Türkiyə Ermənistanla sərhədlərini aça bilər

KİV: Türkiyə Ermənistanla sərhədlərini aça bilər Bu barədə "Hürriyet" qəzetinin yazarı Fatih Çekirge məqaləsində bildirib
Region
25 İyul , 2016 14:25
KİV: Türkiyə Ermənistanla sərhədlərini aça bilər

Bakı. 25 iyul. REPORT.AZ/ "Türkiyə Ermənistanla sərhədlərini aça bilər". 

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu barədə "Hürriyet" qəzetinin yazarı Fatih Çekirge məqaləsində bildirib. 

Jurnalistin yazdığına görə, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun iyulun 14-15-də Azərbaycana səfərinin əsas məqsədi bəlkə də bu məsələni müzakirə etmək olub: "Bir sözlə, Türkiyə XİN başçısı Ermənistanla yenidən müzakirələrin başlanması, iki ölkə arasındakı münasibətlərin müəyyən qədər yaxşılaşması, bəlkə də sərhədlərin açılması ilə bağlı Azərbaycan tərəfinin nəbzini yoxlamaq istəyib. İyulun 15-də ölkədə dövlət çevrilişinə cəhd Türkiyənin xarici siyasətində Ermənistanla münasibətləri yaxşılaşdırmaq istəyini arxa plana atıb". 

Son xəbərlər

Orphus sistemi