KİV: Gürcüstan NATO sammitində yeni status alacaq

KİV: Gürcüstan NATO sammitində yeni status alacaq Beş ölkə Alyansın "bir nömrəli partnyorları" adlandırılacaq
Region
4 Sentyabr , 2014 09:05
KİV: Gürcüstan NATO sammitində yeni status alacaq

Bakı. 4 sentyabr. REPORT.AZ/ Gürcüstan sentyabr ayının 4-5-də Uelsdə keçiriləcək NATO sammitində alyansla münasibətlərində yeni status alacaq beş ölkədən biri olacaq. Report xəbər verir ki, bu barədə "Svenska Dagbladet" İsveç qəzeti yazıb.

Gürcüstan Finlandiya, Avstraliya, İordaniya və İsveçlə birgə "qızıl kart" (gold card) alacaq və "bir nömrəli partnyor" (partner no 1) hesab olunacaq. Bu isə o deməkdir ki, həmin ölkələr NATO-ya faktiki üzv olmadan ən yüksək mövqeyə sahib olacaq və ya yüksək əməkdaşlıq imkanlarına malik olacaq.

NATO-nun gərargahından əldə olunan qəzet məlumatına əsasən, yeni status həmin beş ölkə üçün təlimlərin planlaşdırılmasında iştirak, eləcə də kəşfiyyat məlumatların toplanması sahələrində əlaqələrin aktivləşməsi üçün yeni qapılar açacaq.  

Son xəbərlər

Orphus sistemi