​Kamal Kılıçdaroğlu: "Erkən seçki yeganə variant deyil" - VİDEO

​Kamal Kılıçdaroğlu: "Erkən seçki yeganə variant deyil" - VİDEO "Siyasətdə 24 saat çox uzun bir müddətdir"
Region
13 Avqust , 2015 20:32
​Kamal Kılıçdaroğlu: Erkən seçki yeganə variant deyil - VİDEO

Bakı. 13 avqust. REPORT.AZ/ "Mən Türkiyənin tarixi bir fürsəti qaçırdığını düşünürəm. Ədalət və İnkişaf Partiyası (AKP) indiyədək bizə koalisiya deyil, seçki və azlıq hökuməti təklifi ilə gəlib". "Report"un Türkiyə KİV-inə istinadən verdiyi məlumata görə, bunu bu gün Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasına (CHP) sədri Kamal Kılıçdaroğlu partiyanın mərkəzi qərargahında keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Türkiyənin çox ciddi problemləri var, ən azı 4 il müddətinə davam edəcək koalisiya hökumətinin qurulması lazımdır: "Biz bu fikirlərimizi qarşı tərəfin diqqətinə çatdırdıq. Ancaq AKP üç ay ərzində müəyyən məsələləri həll etməyi, proqramı müəyyənləşdirməyi, daha sonra da seçkiyə getməyi təklif edirdi".

K.Kılıçdaroğlu deyib ki, heç kimsə ümidsizliyə qapılmasın: "Türkiyə böyük bir ölkədir, güclü bir ölkədir. Türkiyə öz problemlərini aşmağa qadir olan bir ölkədir. Biz xalqın bundan sonrakı təqdirinə sayğı duyacağıq. Əgər AKP hökuməti qura bilmirsə, vəzifəsini təhvil verəcək. Erkən seçkinin yeganə variant olduğunu doğru saymıram. Siyasətdə 24 saat çox uzun bir müddətdir". 

Son xəbərlər

Orphus sistemi