İsveç XİN başçısının Cənubi Qafqaza səfəri başlayıb

İsveç XİN başçısının Cənubi Qafqaza səfəri başlayıb Marqot Vallstrem Tbilisiyə gəlib
Region
8 Fevral , 2016 17:01
İsveç XİN başçısının Cənubi Qafqaza səfəri başlayıb

Bakı. 8 fevral. REPORT.AZ/ İsveç xarici işlər naziri Marqot Vallstremin Cənubi Qafqaz regionuna səfəri başlayıb.

"Report" xəbər verir ki, o, artıq Tbilisidədir.

Bundan sonra M.Valstrem Ermənistana gedəcək və fevralın 10-da Bakıya gələcək.

Bakıya birgünlük səfəri çərçivəsində M.Valstrem ölkə rəhbərliyi ilə görüşlər keçirəcək, ikitərəfli əməkdaşlığın inkişafı perspektivlərini, eləcə də Azərbaycan və Avropa İttifaqı arasındakı əməkdaşlığı müzakirə edəcək.

Qeyd edək ki, bu, XİN başçısı kimi M.Valstremin regiona ilk səfəridir.

Son xəbərlər

Orphus sistemi