Bakı. 15 avqust. REPORT.AZ/ Fetullahçı Terror Təşkilatının (FETÖ) Türkiyədə dövlət çevrilişinə cəhdi ilə bağlı aparılan istintaq əməliyyatı çərçivəsində İstanbulun Çağlayan, Bakırköy və Qaziosmanpaşa rayonlarının ədliyyə idarələrinin 173 əməkdaşı tutulub.
"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, əməliyyat yerli vaxtla səhər saat 09.30-da başlayıb.
İnformasiyaya görə, Çağlayan və Qaziosmanpaşa ədliyyələrində 129, Bakırköydə isə 44 şübhəli şəxs tutulub.
Qeyd edək ki, ötən gün 4 nəfər həbs edilmişdi.