Bakı. 18 noyabr. REPORT.AZ/ İstanbulun Atatürk Hava limanında Mərakeşin Kasablanka şəhərindən Türkiyəyə qaçqın kimi gələrək, qaçaqyolla Almaniyaya getmək istədiklərini iddia edən 8 nəfər saxlanılıb.
"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, şübhəlilər İstanbula gəzməyə gəldiklərini bildiriblər.
Lakin onların hərəkəti hüquq-mühafizə orqanlarının əməkdaşlarında şübhə yaradıb. Məlumatda bildirilib ki, onlar terrorçu İŞİD-ə üzv olmaqda şübhəli bilinirlər.
Şübhəlilərdən birinin üzərindən İstanbuldan başlayaraq, İzmir, Yunanıstan, Serbiya və Macarıstandan keçərək, Almaniya çatmaq üçün cızılmış yol planı aşkar edilib.
Hazırda saxlanılanlar dindirilir.