Bakı. 18 iyul. REPORT.AZ/ İstanbulda qiyamçı hərbçilərin çevriliş cəhdi ilə bağlı Hərbi Hava Məktəbində əməliyyat keçirilib.
"Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul Terrorla Mübarizə Şöbəsinin briqadaları səhər saatlarında Yeşilköydəki Hərbi Hava Məktəbinə gedib.
Çevik qüvvə və xüsusi təyinatlı polis işçilərindən ibarət qruplar, rəsmi və mülki maşınlar binanın ərazisinə daxil olublar. Məktəbdə və yataqxanalarda axtarış aparılıb.