İstanbulun Atatürk adına Beynəlxalq Hava Limanında baş vermiş terror aktında 10 nəfər ölüb, 20-dən çox yaralı var - FOTO - YENİLƏNİB-3 - VİDEO

İstanbulun Atatürk adına Beynəlxalq Hava Limanında baş vermiş terror aktında 10 nəfər ölüb, 20-dən çox yaralı var - FOTO - YENİLƏNİB-3 - VİDEO İstanbul aeroportunda partlayış baş verib
Region
29 İyun , 2016 00:00
İstanbulun Atatürk adına Beynəlxalq Hava Limanında baş vermiş terror aktında 10 nəfər ölüb, 20-dən çox yaralı var - FOTO - YENİLƏNİB-3 - VİDEO

Bakı. 29 iyun. REPORT.AZ/ Türkiyənin İstanbul şəhərinin Atatürk adına Beynəlxalq Hava Limanında baş vermiş terror aktı nəticəsində 10 nəfər dünyasını dəyişib. "Report" xəbər verir ki, ədliyyə naziri Bəkir Bozdağ terror aktı zamanı iyirmidən çox insanın yaralandığını bildirib.

"Reuters"in xəbərinə görə, hava limanında iki nəfər özlərini partladıb, bir nəfər isə avtomatdan atəş açıb.


***23:58

Türkiyənin İstanbul şəhərinin Atatürk adına Beynəlxalq Hava Limanında baş vermiş partlayış hadisəsinin terror aktı olduğu üzə çıxıb. "Report" Türkiyə mediasına istinadən xəbər verir ki, hava limanındakı partlayışları terrorçulardan ibarət iki qrup həyata keçirib.

Partlayışlar nəticəsində xeyli sayda insanın yaralandığı bildirilir. Məlumata görə, xəstəxanalara 40-dan artıq yaralı aparılıb. 

Hava limanında həmçinin atəş səsləri də eşidilib.

"Haber Turk" telekanalının məlumatına görə isə şəxsiyyəti hələlik müəyyən edilməmiş bir neçə nəfər terminalın binasının baxış məntəqəsində qumbara atıblar.  


***23:26

Türkiyənin İstanbul şəhərinin Atatürk adına Beynəlxalq Hava Limanında iki partlayış hadisəsi baş verib. "Report" xəbər verir ki, bu barədə NTV telekanalı məlumat yayıb. 

Telekanalın yaydığı məlumata görə, hadisə nəticəsində bir neçə nəfər yaralanıb. 

Partlayışlar beynəlxalq uçuş terminalında baş verib. Hadisə şahidlərinin sözlərinə görə, 4 silahlı şəxs partlayışlardan sonra ərazidən qaçaraq uzaqlaşıb. 

Hava limanına çoxlu sayda təcili tibbi yardım maşını, polis və yanğınsöndürən göndərilib.

Hava limanının bütün giriş və çıxışlar bağlanıb. 

Son xəbərlər

Orphus sistemi