İsrail qazının Türkiyəyə ixracı 2019-cu ildə başlaya bilər

İsrail qazının Türkiyəyə ixracı 2019-cu ildə başlaya bilər İki ölkə arasında 475 kilometr uzunluğunda qaz kəməri də tikilməlidir
Region
20 Dekabr , 2015 11:28
İsrail qazının Türkiyəyə ixracı 2019-cu ildə başlaya bilər

Bakı. 20 dekabr. REPORT.AZ/ Türkiyə ilə İsrail arasında əlaqələr bütövlüklə normallaşsa iki ölkəni birləşdirəcək yeni qaz kəməri 2019-cu ilə qədər inşa edilə bilər.

"Report"un "Haberturk" kanalına istinadən verdiyi xəbərə görə, türkiyəli ekspertlər hesab edir ki, ilk növbədə İsrailin dəniz yataqlarında qaz hasilatı ilə məşğul olan "Delek" və "Nobel" şirkətləri ilə Türkiyənin BOTAŞ vəya "Türk Petrolleri" şirkətləri arasında razılaşma əldə edilməlidir.

"Eyər 2016-cı ilə qədər enerji danışıqları yekunlaşsa və gələn il müvafiq müqavilə imzalansa, İsrail Türkiyəyə gündə 30 milyon kubmetr qaz ixrac edə bilər. Bunun üçün ilk növbədə yataqlarda əlavə qurğular inşa edilməli və sondaj işləri aparılmalıdır. Bununla yanaşı 475 kilometr uzunluğunda qaz kəməri də inşa edilməlidir", - deyə ekspertlər əlavə edir.

Xatırladaq ki, dekabrın 18-də Türkiyə ilə İsrail rəsmiləri dövlətlərarası əlaqələrin normallaşmasına dair ilkin razılığa gəliblər. Razılaşma diplomatik münasibətlərin bərpasını və səfirlərin paytaxtlara qayıdmasını da nəzərdə tutur.

Son xəbərlər

Orphus sistemi