Bakı. 6 yanvar. REPORT.AZ/ İŞİD yaraqlıları İran-İraq sərhədindən 40 km kənara çəkilib.
"Report" "İTAR-TASS"a istinadən xəbər verir ki, bunu İran Quru Qoşunlarının komandanı, briqada generalı Əhmədrza Purdastan deyib.
"İŞİD yaraqlıları İraqın şərqinə yerləşdikdən sonra İran Quru Qoşunları döyüşə hazır vəziyyətə gətirilib ", - o bildirib.
Generalın sözlərinə görə, İŞİD yaraqlılarına İran-İraq sərhədindən kənara çəkilmələri ilə bağlı xəbərdarlıq edilib.