Bakı. 11 noyabr. REPORT.AZ/ Türkiyənin Ceyhan limanına bu ilin oktyabrında İraqın şimalından sutkada 595 min barel xam neft axıdılıb.
"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu haqda İraqın Şimalındakı Kürd Muxtar bölgəsinin təbii ehtiyatlar üzrə qurumu məlumat yayıb.
Kərkük-Yumurtalıq neft kəməri vasitəsi ilə oktyabrda 18 milyon 462 min barel xam neft Türkiyənin Ceyhan limanına nəql edilib.
Muxtar bölgədəki hökumət bildirib ki, məmur maaşlarını ödəmək üçün mərkəzi İraq hakimiyyətindən asılı olmayaraq, neft satışını davam etdirəcək.