​İraqın şimalından Türkiyənin Ceyhan limanına sutkada 595 min barel neft nəql edilir

​İraqın şimalından Türkiyənin Ceyhan limanına sutkada 595 min barel neft nəql edilir Muxtar bölgədəki hökumət bildirib ki, mərkəzi İraq hakimiyyətindən asılı olmayaraq, neft satışını davam etdirəcək
Region
11 Noyabr , 2015 13:43
​İraqın şimalından Türkiyənin Ceyhan limanına sutkada 595 min barel neft nəql edilir

Bakı. 11 noyabr. REPORT.AZ/ Türkiyənin Ceyhan limanına bu ilin oktyabrında İraqın şimalından sutkada 595 min barel xam neft axıdılıb.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu haqda İraqın Şimalındakı Kürd Muxtar bölgəsinin təbii ehtiyatlar üzrə qurumu məlumat yayıb.

Kərkük-Yumurtalıq neft kəməri vasitəsi ilə oktyabrda 18 milyon 462 min barel xam neft Türkiyənin Ceyhan limanına nəql edilib.

Muxtar bölgədəki hökumət bildirib ki, məmur maaşlarını ödəmək üçün mərkəzi İraq hakimiyyətindən asılı olmayaraq, neft satışını davam etdirəcək. 

Son xəbərlər

Orphus sistemi