​İranla Avstriya arasında 4 sahə üzrə protokol imzalanıb

​İranla Avstriya arasında 4 sahə üzrə protokol imzalanıb İmzalanma mərasimində Hayns Fişer və Həsən Ruhani də iştirak edib
Region
8 Sentyabr , 2015 15:47
​İranla Avstriya arasında 4 sahə üzrə protokol imzalanıb

Bakı. 8 sentyabr. REPORT.AZ/ Avstriya ilə İran arasında 4 sahə üzrə əməkdaşlığa dair protokol imzalanıb.

"Report" xəbər verir ki, bu haqda İran KİV-i məlumat yayıb.

Kənd təsərrüfatı, meşə, ətraf mühitin mühafizəsi və su sahələri üzrə protokolları avstriyalı nazir Andra Ruprextlə İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif imzalayıb.

İki ölkə arasında İran-Avstriya VIII İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyanın toplantısının keçirilməsi ilə bağlı protokol da imzalanıb.

İmzalanma mərasimində Avstriya prezidenti Hayns Fişer və İran prezidenti Həsən Ruhani iştirak edib.

Xatırladaq ki, Avstriya prezidenti Hayns Fişer ötən gün Tehrana səfər edib. 

Son xəbərlər

Orphus sistemi