Bakı. 4 fevral. REPORT.AZ/ İranın şərqində sərhədyanı rayonlarda İraq və Suriyada qanlı cinayətlərə imza atan "İslam Dövləti" qruplaşmasına ilə əlbir olan yeni bir silahlı təşkilat peyda olub.
"Report" TASS agentliyinə istinadla xəbər verir ki, İran Daxili İşlər nazirinin müavini Hüseyin Zülfüqari hazırda sözü gedən qruplaşmanın potensial təhlükəsi barədə ətraflı məlumat toplandığını bildirib.
"Biz bu silahlı qruplaşma haqqında araşdırma aparırıq", deyə H.Zülfüqari vurğulayıb.
Qeyd edək ki, son aylarda İran höküməti Əfqanıstan və Pakistanla sərhədlərdə təhlükəsizlik tədbirlərini artırıb. Bölgəyə əlavə hərbi qüvvələr cəmləşdirilib.