​İran Hərbi Dəniz Qüvvələri irimiqyaslı təlimlər keçirəcək

​İran Hərbi Dəniz Qüvvələri irimiqyaslı təlimlər keçirəcək Təlimlərdə raket daşıyan, nəqliyyat gəmiləri, xilasedici birliklər və başqaları iştirak edəcək
Region
26 Yanvar , 2016 16:18
​İran Hərbi Dəniz Qüvvələri irimiqyaslı təlimlər keçirəcək

Bakı. 26 yanvar. REPORT.AZ/ İran Hərbi Dəniz Qüvvələri yanvarın 27-də "Velayət-94" adı altında təlimlərə başlayacaq.

"Report" İran KİV-inə istinadən xəbər verir ki, bunu İran Hərbi Dəniz Qüvvələrinin komandanı, kontr-admiral Həbibullah Səyyari keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, hərbi təlim Hörmüz boğazında, Oman dənizində və Hind okeanında keçiriləcək.

Məlumata görə, təlimlərdə raket daşıyan, nəqliyyat gəmiləri, xilasedici birliklər və s. iştirak edəcək.

Son xəbərlər

Orphus sistemi