İran "Sepehr" radiolokasiya sistemini təqdim edib

İran "Sepehr" radiolokasiya sistemini təqdim edib "Sepehr" RLS-nin təsir zonası 2,5 min kilometr ərazini əhatə edir
Region
12 Noyabr , 2014 10:48
İran Sepehr radiolokasiya sistemini təqdim edib
Bakı. 12 noyabr. REPORT.AZ/ İran öz istehsalı olan "Sepehr" ("Səma") radiolokasiya sistemini (RLS) təqdim edib və sistemin sınağı uğurlu olub. "Report" "RİA-Novosti"yə istinadən xəbər verir ki, sistem 2,5 min kilometr məsafədə müxtəlif hədəfləri müəyyən edə bilir.

"Sepehr" RLS-in təsir zonası 2,5 min kilometr ərazini əhatə edir, o, stels-texnologiyalardan istifadə edən hədəfləri, eləcə də aşağı, orta yüksəklikdə və hündürdə uçan mikro pilotsuz təyyarələri müəyyən edə bilir, həmçinin ballistik, yarımballistik (müəyyən sahədə idarə olunan) və qanadlı raketləri asanlıqla müəyyən etmək və izləmək qabiliyyətinə malikdir" - deyə, Hətəm əl-Ənbiya hava müdafiə bazasının komandiri Şəkrukh Şəhram bildirib.

Onun sözlərinə görə, dünən səhər yeni RLS son sınaqlardan keçirilib və nəticələri uğurlu olub.

Ötən il İran "Əsr" RLS-ni təqdim edib. Həmin sistem eyni zamanda 100-ə yaxın hədəfi izləmək, eləcə də radarların susdurulması üçün istifadə edilən radioəngəlləri təcrid etmək qabiliyyətinə malikdir. Bildirilib ki, "Əsr" sistemi həm hava obyektlərini, o cümlədən qanadlı raketləri, həm də yerüstü hədəfləri müəyyən edə bilir.  

Son xəbərlər

Orphus sistemi