Bakı. 27 fevral. REPORT.AZ/ İranda ötən gün keçirilən İranın Dini Ekspertlər Şurasına (Xübreqan Məclisi) 5-ci çağırış seçkilərdə liderliyi ölkənin hazırki prezidenti Həsən Ruhani və keçmiş prezident ƏIiəkbər Haşimi-Rəfsəncani qoruyurlar. "Report" xəbər verir ki, bu haqda İran KİV-i məlumat yayıb.
Qeyd edək ki, ƏIiəkbər Haşimi-Rəfsəncani ilə Həsən Ruhani ümumi siyasi mövqeyi paylaşırlar.
Dini alim və şəriət bilicilərindən formalaşdırıldığı əsas götürülən şura üzvləri 8 il müddətinə seçilir.
Şura ölkənin ən ali qurumudur. O, ölkənin ali rəhbərini seçir. İndi bu vəzifədə ayətullah Seyid Əli Xameneidir. Ondan əvvəl isə ayətullah Xomeyni İranın ali rəhbəri olub.