​İran 13 "Boeing-737" alıb

​İran 13 "Boeing-737" alıb Alınan təyyarələr azı 15 il öncə istehsal edilib
Region
1 Noyabr , 2015 16:02
​İran 13 Boeing-737 alıb

Bakı. 1 noyabr. REPORT.AZ/ İranın Mülki Aviasiya şirkətləri 13 "Boeing-737" sərnişin təyyarəsi alıb.

"Report" xəbər verir ki, bu haqda İran KİV-i məlumat yayıb.

Məlumata görə, alınan "Boeing-737-400" tipli təyyarələrindən ikisi noyabrın 2-də İrana gətiriləcək.

Təyyarləri "Caspian Airline", "Nasim Air", "Aseman Air" və "Mahan Air" şirkətləri alıb.

Alınan təyyarələr azı 15 il öncə istehsal edilib.

Qeyd edək ki, nüvə proqramına görə, İran mülki təyyarələrin ehtiyat hissələri və sərnişin təyyarələri ala bilmirdi. İrana "Boeing-737"lərin satılması tətbiq edilən sanksiyaların yumşaldılmasının göstəricisi kimi dəyərləndirilir. 

Son xəbərlər

Orphus sistemi