Bakı. 22 yanvar. REPORT.AZ/ Rusiya bu il ilk dəfə Pakistanla birgə hərbi təlim keçirəcək.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya Quru Qoşunları komandanı general-polkovnik Oleq Salyukov yanvarın 22-də jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Rusiya 2016-cı ildə Pakistan da daxil olmaqla 7 beynəlxalq hərbi təlimdə iştirak edəcək: "Rusiya-Pakistan xüsusi hərbi təlim dağlıq ərazidə keçiriləcək".