Gürcüstanın daxili borcunun həcmi artıb

Gürcüstanın daxili borcunun həcmi artıb Maliyyə Nazirliyi bildirib ki, qiymətli kağız xəzinəsi üzrə borc 750 milyon dollardır
Region
7 Aprel , 2015 09:40
Gürcüstanın daxili borcunun həcmi artıb

Bakı. 7 aprel. REPORT.AZ/ Bu il martın 31-dək Gürcüstanın daxili borcunun həcmi bir milyard dollardan artıq olub.

"Report" Gürcüstan KİV-inə istinadən xəbər verir ki, bu haqda ölkənin Maliyyə Nazirliyindən bildirilib.

Məlumata görə, bu ilin əvvəlindən Gürcüstanın daxili dövlət borcu 100 milyon dollara yaxın (196 milyon lari) artıb.

Maliyyə Nazirliyi bildirib ki, dövlətin qiymətli kağız xəzinəsi üzrə borcu 750 milyon dollardır.

Başqa qiymətli kağızlar üzrə borc isə 284 milyon dollar təşkil edib.

Son xəbərlər

Orphus sistemi