Bakı. 10 fevral. REPORT.AZ/ Ötən ilin sentyabr ayında 46 yaşı tamam olan Gürcüstan prezidenti Georgi Marqvelaşvili tezliklə baba olacaq.
"Report" "Sputnik-Georgia"ya istinadən xəbər verir ki, bu barədə "Aliya" qəzeti məlumat yayıb.
Nəşr "Prezidentin qızı Anna və onun həyat yoldaşı Qiqi Çiçuanın uşağı olacaq" sərlövhəli xəbər dərc edib.
Qeyd edək ki, Marqvelaşvili dövlət başçısı olandan sonra subaylığın daşını atıb. O, rəssam vizajist və aktrisa olan həyat yoldaşı Maka Çiçua ilə ötən il sentyabrın 10-da münasibətlərini rəsmiləşdirib. Anna isə prezidentin ilk xanımından olan uşağıdır. O, 2014-cü ilin dekabrında dicey Qiqi Çiçua ilə ailə həyatı qurub.