Gürcüstanın 46 yaşlı prezidenti tezliklə baba olacaq

Gürcüstanın 46 yaşlı prezidenti tezliklə baba olacaq "Aliya" qəzeti: "Prezidentin qızı Anna və onun həyat yoldaşı Qiqi Çiçuanın uşağı olacaq"
Region
10 Fevral , 2016 12:38
Gürcüstanın 46 yaşlı prezidenti tezliklə baba olacaq

Bakı. 10 fevral. REPORT.AZ/ Ötən ilin sentyabr ayında 46 yaşı tamam olan Gürcüstan prezidenti Georgi Marqvelaşvili tezliklə baba olacaq.

"Report" "Sputnik-Georgia"ya istinadən xəbər verir ki, bu barədə "Aliya" qəzeti məlumat yayıb.

Nəşr "Prezidentin qızı Anna və onun həyat yoldaşı Qiqi Çiçuanın uşağı olacaq" sərlövhəli xəbər dərc edib.

Qeyd edək ki, Marqvelaşvili dövlət başçısı olandan sonra subaylığın daşını atıb. O, rəssam vizajist və aktrisa olan həyat yoldaşı Maka Çiçua ilə ötən il sentyabrın 10-da münasibətlərini rəsmiləşdirib. Anna isə prezidentin ilk xanımından olan uşağıdır. O, 2014-cü ilin dekabrında dicey Qiqi Çiçua ilə ailə həyatı qurub.

Son xəbərlər

Orphus sistemi