​Gürcüstanda uran satmağa cəhd edən 5 nəfər tutulub

​Gürcüstanda uran satmağa cəhd edən 5 nəfər tutulub Çəkisi 1,625 kq olan maddədə uran radioaktiv elementinin uran-238 və uran-235 izotopu olub
Region
28 Aprel , 2016 16:49
​Gürcüstanda uran satmağa cəhd edən 5 nəfər tutulub

Bakı. 28 aprel. REPORT.AZ/ Gürcüstanın Acariya Muxtar Respublikasının Kobuleti şəhərində uran radioaktiv maddəsini satmağa cəhd edərkən 5 nəfər saxlanılıb.

"Report" "İnterfax"a istinadən xəbər verir ki, bu haqda jurnalistlərə Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətindən (DTX) bildirilib.

Məlumata görə, saxlanılanların hamısı Gürcüstan vətəndaşlarıdır.

İnformasiyaya görə, onlar 3 milyon dollarlıq uranı Kobuletidə satarkən tutulublar.

DTX-nin məlumatına əsasən, çəkisi 1,625 kq olan maddədə uran radioaktiv elementinin uran-238 və uran-235 izotopu olub.

Faktla bağlı cinayət işi başlanıb. Saxlanılanları 5 ildən 10 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Qeyd edək ki, DTX-nin əməkdaşları apreldə nüvə materialının qanunsuz satışı ilə məşğul olmağa cəhd göstərən 6 nəfəri saxlayıb. Saxlanılanlardan 3-ü Ermənistan, 3-ü isə Gürcüstan vətəndaşıdır. Onlar əldə etdikləri radioaktiv maddəni 200 milyon dollara satmağa cəhd edərkən tutulublar.

Son xəbərlər

Orphus sistemi