​Gürcüstanda daşqın nəticəsində 30 ailə ətraf aləmdən təcrid olub

​Gürcüstanda daşqın nəticəsində 30 ailə ətraf aləmdən təcrid olub Hadisə yerində xilasetmə və bərpa işləri aparılır
Region
13 İyun , 2016 11:01
​Gürcüstanda daşqın nəticəsində 30 ailə ətraf aləmdən təcrid olub

Bakı. 13 iyun. REPORT.AZ/ Güclü yağışın yaratdığı sel nəticəsində Gürcüstanın İmereti bölgəsinin Saçxer rayonunun Speti kəndində 30 ailənin ətraf aləmlə əlaqəsi kəsilib.  

"Report" Gürcüstanın "Rustavi-2" telekanalına istinadən xəbər verir ki, leysan yağışlar nəticəsində Kintua çayında suyun səviyyəsi qalxıb və Speti kəndini rayon mərkəzi ilə bağlayan yolu dağıdıb.   

İnformasiyaya əsasən, ərazidə 4 saat fasiləsiz leysan yağıb. 

Bundan başqa həyətləri və binaların birinci mətrəbəsini də su basıb.

Hadisə yerində xilasetmə və bərpa işləri aparılır. 

Son xəbərlər

Orphus sistemi