​Gürcüstanda adam oğurlayan dəstənin iki üzvünün Azərbaycan vətəndaşı olduğu açıqlanıb

​Gürcüstanda adam oğurlayan dəstənin iki üzvünün Azərbaycan vətəndaşı olduğu açıqlanıb Qrup üzvləri Rusiya vətəndaşlarını girov götürübmüşlər
Region
24 Oktyabr , 2015 14:39
​Gürcüstanda adam oğurlayan dəstənin iki üzvünün Azərbaycan vətəndaşı olduğu açıqlanıb

Bakı. 24 oktyabr. REPORT.AZ/ Gürcüstanda Rusiyanın iki vətəndaşını girov götürən cinayətkar qrupun üzvləri tutulub.

"Report" Gürcüstan KİV-inə istinadən xəbər verir ki, bu haqda ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, onlar Rusiya vətəndaşlarını qanunsuz olaraq azadlıqdan məhrum etmək, tamah məqsədi ilə əvvəlcədən planlaşdırılmış cinayət törətməkdə ittiham olunurlar.

Xəbərdə bildirilib ki, Daxili İşlər Nazirliyinin Kvemo Kartli (Borçalı) regional idarəsinin apardığı istintaq-axtarış tədbirləri nəticəsində cinayətkar qrup ölkənin Rustavi şəhərində saxlanılıb: "Qrupa Azərbaycanın iki vətəndaşı - 1976-cı ildə anadan olan Mübariz B. və 1984-cü il təvəllüdlü Fariz X., Gürcüstanın 3 vətəndaşı - 1988-ci ildə anadan olan Vladimir C., 1983-cü ildə anadan olan Vukar K. və 1988-ci il təvəllüdlü Roman Z. daxildir".

Qrup üzvləri Gürcüstana qohum toyuna gələn Rusiya vətəndaşları, iş adamları Üzeyir S. və Mahir A.-nı oğurlayaraq, bir neçə gün qapalı yerdə saxlayıb, onların azadlığa buraxılmaları qarşılığında pul tələb ediblər.

Son xəbərlər

Orphus sistemi