Gürcüstan Rusiyaya nota verdi

Gürcüstan Rusiyaya nota verdi Rəsmi Tbilisi Cənubi Osetiya regionu ilə "sərhədi müəyyən edən" bannerin yerləşdirilməsinə etiraz edir
Region
10 Avqust , 2015 22:49
Gürcüstan Rusiyaya nota verdi

Bakı. 10 avqust. REPORT.AZ/ Gürcüstan Xarici İşlər Nazirliyi gürcü-osetin münaqişəsi zonasındaki Tsitelubani kəndi yaxınlığında Cənubi Osetiya regionu ilə "sərhədi müəyyən edən" bannerin yerləşdirilməsini pisləyərək İsveçrə səfirliyi vasitəsi ilə Rusiyaya nota verib.

"Report" "İnterfaks" agentliyinə istinadən xəbər verir ki, Bakı-Supsa kəmərinin keçdiyi ərazinin yaxınlığında yerləşdirilən bu banner bu ilin iyul ayında Moskva ilə Tbilisi arasında gərginliyə səbəb olmuşdu.

Gürcüstanın notasına cavab olarak banner müvəqqəti olaraq ərazidən götürülmüşdü. 

Son xəbərlər

Orphus sistemi