​"Fitch" Ukrayna iqtisadiyyatı ilə bağlı proqnozunu 2 dəfə pisləşdirib

​"Fitch" Ukrayna iqtisadiyyatı ilə bağlı proqnozunu 2 dəfə pisləşdirib Qurum bu il ölkədə 1% iqtisadi artım gözləyir
Region
9 Avqust , 2016 18:06
​Fitch Ukrayna iqtisadiyyatı ilə bağlı proqnozunu 2 dəfə pisləşdirib

Bakı. 9 avqust. REPORT.AZ/ Bu il Ukraynada iqtisadi artım proqnozlaşdırıldığı kimi 2% deyil, 1% olacaq. "Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu açıqlama ilə "Fitch" beynəlxalq reytinq agentliyi çıxış edib.

Bununla belə, Agentlik bəyan edib ki, ortamüddətli perspektivdə iqtisadi inkişaf göstəricisi 2% ola bilər.

Ukrayna Mərkəzi Bankı isə bu ilin yekununda ölkədə ümumi daxili məhsul istehsalının ötən illə müqayisədə 1,1% artacağını proqnozlaşdırır. Bu ölkənin hökumət rəhbərinin proqnozu isə 1,5%-dir. 

Son xəbərlər

Orphus sistemi