Bakı. 29 fevral. REPORT.AZ/" İranla bağlı razılaşma regiona və dünyaya fayda verəcək".
"Report" xəbər verir ki, bunu Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissraı Federika Mogerini Ermənistanın "Mediamax" agentliyinə müsahibəsində bildirib.
"Bu razılaşma nəticəsində Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya daha təhlükəsiz olub. İran üzrə anlaşma bölgədə hadisələrin inkişafına daha müsbət təsir göstərə bilər", - deyə o qeyd edib.