​Ərzurumda beynəlxalq simpozium keçiriləcək

​Ərzurumda beynəlxalq simpozium keçiriləcək Tədbirdə dünyanın çeşidli ölkələrindən də çoxlu sayda arxeoloq iştirak edəcək
Region
10 Fevral , 2015 20:31
​Ərzurumda beynəlxalq simpozium keçiriləcək

Bakı. 10 fevral. REPORT.AZ/ Ərzurumda "Beynəlxalq arxeoloji qazıntı və araşdırma simpoziumu" keçiriləcək.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, tədbir Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təşkil olunur.

Tədbirin keçirliməsində məqsəd Anadolunun mədəni irsini dünyaya tanıtmaqdır.

Ərzurum mədəniyyət və turizm idarəsinin müdiri Həsən Məzlumoğlu simpoziuma ölkənin yüksək vəzifəlilərinin də qatılacağını söyləyib. Onun sözlərinə görə, simpoziumda dünyanın çeşidli ölkələrindən çoxlu sayda arxeoloq iştirak edəcək.

"Bu tədbir Ərzurumun tanıdılması baxımından da önəmlidir", - o vurğulayıb.

Son xəbərlər

Orphus sistemi