Ermənistanın yeni baş naziri 10 gün ərzində təyin ediləcək

Ermənistanın yeni baş naziri 10 gün ərzində təyin ediləcək KİV: Yeni baş nazir Rusiya "Qazprombank"ın vitse-prezidenti Karen Karapetyan olacaq
Region
8 Sentyabr , 2016 14:37
Ermənistanın yeni baş naziri 10 gün ərzində təyin ediləcək

Bakı. 8 sentyabr. REPORT.AZ/ Ermənistanın yeni baş naziri hökumətin istefasından sonra 10 gün ərzində təyin olunacaq.

"Report" Ermənistan KİV-ə istinadən xəbər verir ki, ölkə Konstitusiyasının 55-ci maddəsinə uyğun olaraq, bu müddət ərzində prezident Nazirlər Kabinetinin yeni başçısını təyin edir.

İnformasiyaya əsasən, prezident baş nazirin istefasını qəbul etdikdən sonra nazirlər yeni kabinet formalaşanadək öz vəzifələrinin icrasını davam etdirirlər.

Qeyd edək ki, sentyabrın 8-də Ermənistanın baş naziri Ovik Abramyan istefa verib.O, 2014-cü il aprel ayının 13-dən Ermənistan baş naziri vəzifəsində çalışırdı. Bu vəzifədə o, Tiqran Sarkisyanı əvəz edib.

Ermənistan KİV-in yaydığı xəbərə görə, yeni baş nazir Rusiya "Qazprombank"ın vitse-prezidenti Karen Karapetyan olacaq.

Son xəbərlər

Orphus sistemi