​Ermənistanın XİN rəhbəri Minsk qrupunun həmsədrləri ilə görüşüb

​Ermənistanın XİN rəhbəri Minsk qrupunun həmsədrləri ilə görüşüb Görüşdə Qarabağ münaqişəsinin nizamlanması üzrə müzakirələr aparılıb
Region
14 Fevral , 2016 17:17
​Ermənistanın XİN rəhbəri Minsk qrupunun həmsədrləri ilə görüşüb

Bakı. 14 fevral. REPORT.AZ/ Ötən gün Ermənistanın xarici işlər naziri Edvard Nalbəndyan Münhendə ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov, Ceyms Uorlik, Pyer Andrie və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Andjey Kaspşiklə görüşüb.

"Report" erməni KİV-nə istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üzrə müzakirələr aparılıb.

Son xəbərlər

Orphus sistemi