​Ermənistanı Türkiyə üçün başlıca təhlükə mənbəyi görənlərin sayı artıb

​Ermənistanı Türkiyə üçün başlıca təhlükə mənbəyi görənlərin sayı artıb Rəy sorğusu ölkənin 26 vilayətində 18 yaşdan yuxarı min nəfər arasında keçirilib
Region
29 May , 2015 15:26
​Ermənistanı Türkiyə üçün başlıca təhlükə mənbəyi görənlərin sayı artıb

Bakı. 29 may. REPORT.AZ/ Türkiyədə keçirilən rəyi sorgusuna əsasən, respondentlərin 20,3 faizi ölkələri üçün Ermənistan tərəfdən ciddi təhdidlərin artığını düşünür. 

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, Türkiyə Kadir Has Universitetinin Araşdırma Mərkəzinin keçirdiyi sorğunun nəticələri belə bir reallığı ortaya çıxarıb. 

Məlumata görə, 2013-cü ilin noyabrında keçirilən sorğu zamanı respondentlərin 7,2 faizi Ermənistanın Türkiyə üçün ciddi təhlükə mənbəyi olduğunu bildirmişdi.

Sorğuda iştirak edənlərin 32,4 faizi heç bir şərtlə Ermənistanla sərhədin açılmasını qəbul etmir.

Respondentlərin 37,2 faizi Türkiyənin ən yaxın dostu kimi Azərbaycanın adını çəkib. 

Sorğunun nəticələrinə əsasən, rəyi soruşulanların xeyli hissəsi xarici siyasətdə Türkiyənin dostu olmadığını düşünür. Belə hesab edənlərin sayı 38,9 faizdir. Respondentlərin 22 faizi hesab edib ki, Türkiyə xarici siyasəti təkbaşına yürütməlidir.

Qeyd edək ki, rəy sorğusu Türkiyənin 26 vilayətində 18 yaşdan yuxarı olan min nəfər arasında keçirilib. 

Son xəbərlər

Orphus sistemi