Bakı. 14 sentyabr. REPORT.AZ/ Ermənistanın Şirak vilayətinin Dzitankov kəndinin 28 sakini içməli sudan mədə-bağırsaq infeksiyasına yoluxub.
"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu Dzitankov kəndinin administrasiyasının rəhbəri Ovik Poqosyan bildirib.
Onun sözlərinə görə, infeksiya kənddəki içməli su sistemindən yayılıb: "İnfeksiya qonşu kəndlərdə, o cümlədən, Araqatsot vilayətinin yaşayış məntəqələrində və digər yerlərdə də yayılıb".
Ölkənin
Nazirlik baş verən hadisə ilə bağlı "Ermənistan su kanalı" təşkilatına suya nəzarətin artırılması üçün müraciət edib.