​Ermənistanda nazirin mühafizəçiləri biznesmenin oğlunu döydüklərinə görə həbs olunublar

​Ermənistanda nazirin mühafizəçiləri biznesmenin oğlunu döydüklərinə görə həbs olunublar Polis hadisəni gizlətməyə çalışsa da Ermənistan Baş Prokurorluğunun ictimaiyyətlə əlaqələr şöbəsi faktı rəsmi şəkildə təsdiqləyib
Region
25 May , 2016 10:26
​Ermənistanda nazirin mühafizəçiləri biznesmenin oğlunu döydüklərinə görə həbs olunublar

Bakı. 25 may. REPORT.AZ/ Ermənistanın nəqliyyat və rabitə naziri Qaqik Beqlaryanın 4 mühafizəçisi davaya görə həbs edilib.

"Report" xəbər verir ki, bu haqda Ermənistan KİV-i məlumat yayıb.

Məlumata görə, polis hadisəni gizlətməyə çalışsa da Ermənistan Baş Prokurorluğunun ictimaiyyətlə əlaqələr şöbəsi faktı rəsmi şəkildə təsdiqləyib.

Nazirin mühafizəçilərinə qarşı Cinayət Məcəlləsinin qəsdən sağlamlığa ağır zərbə vurmaq maddəsi ilə cinayət işi açılıb. Bu maddə ilə ittham olunanlara 5 ildən 10 ilədək həbs cəzası verilir. 

Xəbərdə bildirilib ki, nazir və onun ətrafı hadisəni ictimaiyyətdən gizli saxlamağa çalışır. Q.Beqlaryan isə jurnalistlərin telefon zənglərinə cavab verməyib.

İnformasiyaya əsasən, 2 ay yarım əvvəl nazirin mühafizəçiləri "Venesiya sarayı" restoran kompleksinin sahibinin bizneslə məşğul olan 25 yaşlı oğlu Sergey Abovyanı döyüblər. S.Abovyanın "Goodlife", "Gallery of Brands" kimi ölkəsində tanınmış bir neçə belə mağazası var. Bir-birinin avtomobilinə yol vermədiklərinə görə, nazirin mühafizəçiləri ilə biznesmen arasında yaranan mübahisə sonradan dava-dalaşa çevrilib. Restoran yiyiəsinin oğlu çoxsaylı bədən xəsarəti alsa da xəstəxanaya müraciət etməyib və hadisə ilk vaxtlar hüquq-mühafizə orqanlarında qeydə alınmamışdı. 

Son xəbərlər

Orphus sistemi