​Ermənistanda əsgər anaları Serj Sarqsyanı ittiham edib

​Ermənistanda əsgər anaları Serj Sarqsyanı ittiham edib "Prezidentiniz kişiliyi çatırsa, verdiyi sözə əməl edə bilmədiyini desin"
Region
27 Yanvar , 2016 17:03
​Ermənistanda əsgər anaları Serj Sarqsyanı ittiham edib

Bakı. 27 yanvar. REPORT.AZ/ Ermənistanda övladları qeyri-döyüş şəraitində ölən əsgərlərin anaları ölkə prezidenti Serj Sarqsyanın iqamətgahının qapısı önündə etiraz aksiyası keçiriblər.

"Report" xəbər verir ki, bu haqda Ermənistan KİV-i məlumat yayıb.

2007-ci ildə Ermənistan Silahlı Qüvvələrində xidmət etdiyi zaman ölmüş əsgər Tiqran Ohancanyanın anası Qoar Sarqsyan onları ərazidən uzaqlaşdırmaq istəyən polis əməkdaşlarına müraciət edərək deyib: "Qoy, sizin prezident aşağı düşüb, verdiyi sözə əməl etsin. Əgər onun kişiliyi çatırsa qoy desin: "Bağışlayın verdiyim sözə əməl edə bilmirəm. Çünki sizin övladlarınızı türklər deyil, sıravi əsgərlər deyil, generallar və komandirlər məhv edib. Biz bu işi aparıb, dalana salmışıq". O sizin prezidentdir, bizim yox. Əgər prezidentimiz olsaydı, bizimlə görüşər, anaların çəkdiyi əziyyəti görərdi".

2010-cu il yanvarın 27-də Ermənistan prezidenti Serj Sarqsyan qeyri-döyüş şəraitində ölən əsgərlərin analarına söz verib ki, təyin etdiyi yeni hərbi prokuror Gevorq Kostyan məsələ ilə ciddi məşğul olacaq və ədalətli istintaq aparılacaq.

Aksiya iştirakçıları bildirib ki, ötən beş il ərzində heç bir iş üzrə müsbət irəliləyiş baş verməyib.

Məlumata görə, polis onları iqamətgahın qapısı önündən qovaraq, aksiyanın genişlənməsinin qarşısını alıb. 

Son xəbərlər

Orphus sistemi