​Ermənistan şagirdləri Bakıya gəlməkdən imtina ediblər

​Ermənistan şagirdləri Bakıya gəlməkdən imtina ediblər Nazir:"Azərbaycan təhlükəsizliyimizə təminat vermədi"
Region
16 İyun , 2015 13:39
​Ermənistan şagirdləri Bakıya gəlməkdən imtina ediblər

Bakı. 16 iyun. REPORT.AZ/ Ermənistan məktəbliləri iyunun 20-29-da Bakıda keçiriləcək kimya üzrə 47-ci Beynəlxalq Olimpiadada iştirak etməyəcək.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin elm və təhsil naziri Armen Aşotyan yerli jurnalistlərə açıqlamasında deyib. 

Onun sözlərinə görə, olimpiadada iştirak etmək üçün ərizələr iyunun 15-dək verilməli idi: "Ancaq olimpiadanın keçirildiyi ölkə olan Azərbaycan təhlükəsizliyimizə təminat verməyib. Azərbaycan bildirib ki, bu məsələ ilə I Avropa Oyunları başa çatandan sonra məşğul olacaq".

Xatırladaq ki, bu il mayın əvvəlində Ermənistanın Elm və Təhsil Nazirliyinin mətbuat xidməti erməni məktəbləlilərini Bakıda keçiriləcək 47-ci Beynəlxalq Kimya Olimpiadasında iştirak edəcəyini açıqlamışdı. Məlumatda qeyd olunmuşdu ki, tədbirdə iştirak edəcək Ermənistan komandası hazırlıq işləri görür və onları Bakıya səfərdə Ermənistanın elm və təhsil naziri Armen Aşotyan müşayiət edəcək. 

Olimpiadanın təşkilatçısı M.Lomonosov adına Moskva Dövlət Unversitetinin Bakı filialıdır.

Son xəbərlər

Orphus sistemi