Bakı. 17 noyabr. REPORT.AZ/ Ermənistan parlamenti bu gün "Hökumət strukturu haqqında" qanuna düzəlişləri ikinci və son oxunuşda qəbul edib. Bu barədə "Report" Ermənistan KİV-inə istinadən xəbər verir.
Düzəlişlər iki nazirlik - Ərazi İdarəetmə Nazirliyi və FHN-in birləşdirilməsini, eləcə də yeni Beynəlxalq İqtisadi İnteqrasiya və İslahatlar Nazirliyinin yaradılmasını nəzərdə tutur.
Qanun layihəsinin lehinə 70 deputat, əleyhinə 6 deputat səs verib, 31 deputat bitərəf olub.