Ermənistan ordusunun əsgəri öldürülüb

Ermənistan ordusunun əsgəri öldürülüb Vaaqn Viravyanın əsgər yoldaşı tərəfindən öldürüldüyü ehtimal edilir
Region
15 Oktyabr , 2016 15:06
Ermənistan ordusunun əsgəri öldürülüb

Bakı. 15 oktyabr. REPORT.AZ/ Ermənistan Silahlı Qüvvələrinin əsgəri Vaaqn Viravyan növbədə olarkən öldürülüb.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu haqda ölkə İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Hadisə oktyabrın 15-də səhər saatlarında baş verib.

Məlumata görə, hadisənin baş verdiyi yerdə araşdırma aparılıb, əsgərin öldürlüdüyü silah aşkar edilib, onun kimə mənsub olduğu müəyyənləşdirilib.

Vaaqn Viravyanın əsgər yoldaşı tərəfindən öldürüldüyü ehtimal edilir. 

Son xəbərlər

Orphus sistemi