Ermənistan məhkəməsi müxalifət lideri Jirayr Sefilyanın apellyasiya şikayətini təmin etməyib

Ermənistan məhkəməsi müxalifət lideri Jirayr Sefilyanın apellyasiya şikayətini təmin etməyib Jirayr Sefilyan qanunsuz yolla silah əldə etməkdə və saxlamaqda ittiham olunur
Region
8 İyul , 2016 16:34
Ermənistan məhkəməsi müxalifət lideri Jirayr Sefilyanın apellyasiya şikayətini təmin etməyib

Bakı. 8 iyul. REPORT.AZ/ Cinayət işləri üzrə Ermənistan Apellyasiya Məhkəməsi radikal müxalifət yönümlü "Yeni Ermənistan" ictimai qurtuluş cəbhəsinin lideri Jirayr Sefilyanın haqqında çıxarılmış həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatətini təmin etməyib.

"Report" xəbər verir ki, Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin J.Sefilyanla bağlı qərarını qüvvədə saxlayıb.

Qeyd edək ki, J.Sefilyan qanunsuz yolla silah əldə etməkdə və saxlamaqda ittiham olunur. Müttəhim ittihamları qətiyyən qəbul etmir.

Son xəbərlər

Orphus sistemi