​Erməni deputat: "16 il öncəki faciəyə görə Serj Sarqsyan məsuliyyət daşıyır"

​Erməni deputat: "16 il öncəki faciəyə görə Serj Sarqsyan məsuliyyət daşıyır" Nikol Paşınyan: "Parlamentdə qətlə yetirilənlərin təhlükəsizliyini təmin etmək Serj Sarqsyanın başlıca vəzifəsi idi"
Region
27 Oktyabr , 2015 17:10
​Erməni deputat: 16 il öncəki faciəyə görə Serj Sarqsyan məsuliyyət daşıyır

Bakı. 27 oktyabr. REPORT.AZ/ "Ermənistan parlamentinin sədri Karen Demirçiyan, baş nazir Bazgen Sarkisyan və qətlə yetirilən başqa vəzifəli şəxslərin, eləcə də parlamentdə baş verən faciəyə görə Serj Sarqsyan məsuliyyət daşıyır".

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu ölkə parlamentinin deputatı Nikol Paşınyan 1999-cu il oktyabrın 27-də ali qanunverici orqanda baş verən hadisənin 16-cı ildönümü ilə bağlı çıxışında bildirib.

Onun sözlərinə görə, Ermənistanın hazırkı prezidenti Serj Sarqsyan həmin dövrdə milli təhlükəsizlik naziri olduğundan, parlamentdə qətlə yetirilənlərin təhlükəsizliyini təmin etmək onun başlıca vəzifəsi idi.

Deputat bildirib ki, 2008-ci il martın 1-dəki etraz aksiyasının dağıdılmasının təşkilatçıları və icraçıları da cəzası zqalıb: "Həmin hadisələr zamanı onlarla aksiya iştirakçısı öldürülmüşdü. Onlardan 3-ü Armen Farmanyan, Tiqran Xaçtryan və Qor Kloyanı istintaq təcridxanasında "çeremuxa7" qaz ilə boğaraq qətlə yetiriblər. İstintaq orqanı bunu tətbiq edən polislərin adlarını da açıqlayıb. Ancaq bu məsələ ilə bağlı açılan cinayət işində indiyədək heç bir irəliləyiş yoxdur".

Qeyd edək ki, 2008-ci il martın 1-də Ermənistanda prezident seçkilərinin nəticələrinə etiraz edənlər ölkə parlamentinin binası qarşısında aksiya keçirmişdi. Həmin aksiya güc strukturları tərəfindən güc tətbiqi ilə dağıdılmış, çoxlu sayda etirazçı öldürülmüşdü.

Parlament sədrinin, baş nazirin və digərlərinin öldürülməsi hadisəsi isə 1999-cu il oktyabrın 27-də baş verib. Həmin gün bir qrup silahlı parlamentin iclas zalına daxil olaraq, qanunverici orqanın sədrini, baş naziri və başqalarını qətlə yetirmişdi. 16 il keçməsinə baxmayaraq, həmin hadisəni törədənlər məlum deyil. 

Son xəbərlər

Orphus sistemi