​Erməni ailəsinin 7 üzvünü öldürən Rusiya hərbçisinin növbəti məhkəməsi başlayıb

​Erməni ailəsinin 7 üzvünü öldürən Rusiya hərbçisinin növbəti məhkəməsi başlayıb Bu gün 16 şahidin ifadə verməsi nəzərdə tutulub
Region
5 Fevral , 2016 13:21
​Erməni ailəsinin 7 üzvünü öldürən Rusiya hərbçisinin növbəti məhkəməsi başlayıb

Bakı. 5 fevral. REPORT.AZ/ Gümrüdə erməni ailəsinin 7 üzvünü qətlə yetirməkdə şübhəli bilinən Rusiyanın Ermənistandakı 102 sayı hərbi hissəsinin əsgəri Valeri Permyakovun məhkəməsinin növbəti iclası başlayıb.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, məhkəmə prosesi ötən dəfə olduğu kimi Rusiyanın Gümrüdəki hərbi bazasının ərazisində keçirilir.

Məlumata görə, bu gün 16 şahidin ifadə verməsi nəzərdə tutulub.

Məhkəmə prosesi 2015-ci il dekabrın 18-də başlayıb.

Qeyd edək ki, məhkəmənin sonuncu iclasında Valeri Permyakov ona qarşı irəli sürülən bütün maddələr üzrə özünü günahkar bilib. 

Ermənistan məhkəməsi rus hərbçisini Cinayət Məcəlləsinin silahlı basqın, qanunsuz daxil olma, soyğunçuluq, qətl, dövlət sərhədini qanunsuz keçməyə cəhd maddələri üzrə mühakimə edir.

Xatırladaq ki, Valeri Permyakov 2015-ci il yanvarın 12-də Gümrüdə bir erməni ailəsinin 7 üzvünü qətlə yetirməkdə şübhəli bilinir. Ermənistanın İstintaq Komitəsi bu fakt üzrə ayrıca cinayət işi açıb. Avqustun 13-də Rusiyanın 5-ci qarnizonunun Hərbi-Səyyar Məhkəməsi Valeri Permyakovu cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkmək şərtiylə 10 il müddətinə azadlıqdan məhrum edib. O, Rusiya Federasiyası Cinayət Məcəlləsinin üç maddəsi - fərarilik, silah oğurluğu və qanunsuz silah saxlama maddələri üzrə təqsirli bilinib.

Bundan sonra Valeri Permyakovun bir erməni ailəsinin 7 üzvünü qətlə yetirməsiylə bağlı cinayət işi baxılması üçün Ermənistan hüquq-mühafizə orqanlarına verilmişdi.

Son xəbərlər

Orphus sistemi