​Ərdoğanla Putinin görüşündə Tatarıstanın başçısı da iştirak edəcək

​Ərdoğanla Putinin görüşündə Tatarıstanın başçısı da iştirak edəcək Görüşdə təyyarə böhranından sonra dayandırılan "Türk axını" layihəsinin müzakirə ediləcəyi gözlənilir
Region
9 Avqust , 2016 14:34
​Ərdoğanla Putinin görüşündə Tatarıstanın başçısı da iştirak edəcək

Bakı. 9 avqust. REPORT.AZ/ Tatarıstan Respublikasının başçısı Rüstəm Minnixanov Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putinin Sankt-Peterburqda keçirilən görüşündə iştirak edəcək.

"Report" xəbər verir ki, bu haqda "ProKazan" məlumat yayıb.

Görüşdə təyyarə böhranından sonra dayandırılan "Türk axını" layihəsinin müzakirə ediləcəyi gözlənilir.

İki liderin müzakirə edəcəyi əsas mövzulardan birinin Suriyadakı vəziyyətlə bağlı olacağı bildirilir.

Qeyd edək ki, 2015-ci il noyabrın 24-də Rusiyaya məxsus "Su-24" döyüş təyyarəsi Türkiyənin hava sərhədini pozduğu üçün Türkiyə Silahlı Qüvvələri tərəfindən vurulub. Bundan sonra iki ölkə arasında münasibətlər pozulmuşdu. Həmin hadisədən sonra ilk dəfədir ki, iki ölkənin liderləri görüşür.

Son xəbərlər

Orphus sistemi