​Ərdoğan partlayış baş verən ölkəyə səfəri ilə bağlı açıqlama verib

​Ərdoğan partlayış baş verən ölkəyə səfəri ilə bağlı açıqlama verib Hadisə nəticəsində 5 yerli polis əməkdaşının öldüyü haqda xəbər yayılıb
Region
22 Yanvar , 2015 17:27
​Ərdoğan partlayış baş verən ölkəyə səfəri ilə bağlı açıqlama verib

Bakı. 22 yanvar. REPORT.AZ/ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Somaliyə səfərini təxirə salmayacaq.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu barədə Ərdoğan özü bildirib.

Somalinin paytaxtı Moqadişoda Türkiyənin rəsmi nümayəndə heyətinin qalacağı binanın qarşısında avtomobilə quraşdırılmış bomba partladılıb.

Hadisə nəticəsində səfərlə bağlı Somaliyə gedən Türkiyə rəsmi nümayəndə heyətinin üzvləri arasında xəsarət alan olmasa da, 5 polis əməkdaşının öldüyü haqda xəbər yayılıb.

Xatırladaq ki, Ərdoğanın Somaliyə səfəri yanvarın 23-də gerçəkləşdiriləcək.

Qeyd edək ki, 2013-cü ilin iyununda da Türkiyənin Somalidəki səfirliyinin binası qarşısında bir nəfər özünü partladaraq intihar etmişdi. Həmin vaxt Sinan Yılmaz adlı Türkiyə polisi şəhid olmuşdu. Bu terror aktının məsuliyyətini Türkiyənin Somaliyə yardımından narahat olan "əl-Qaidə"yə bağlı "əş-Şəbab" qruplaşması öz üzərinə götürmüşdü.

Son xəbərlər

Orphus sistemi