Ərdoğan Çində səfərdədir

Ərdoğan Çində səfərdədir Ankara raket əleyhinə müdafiə sistemi üçün lazım olan komponentlərin Çindən almaq istəyir
Region
28 İyul , 2015 21:36
Ərdoğan Çində səfərdədir

Bakı. 28 iyul. REPORT.AZ/ Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Çinə rəsmi səfərə gedib.

"Report"un NTV tekekanalına istinadən verdiyi məlumama görə, Pekinə yola düşməzdən əvvəl keçirdiyi mətbuat konfransında Ərdoğan bildirib ki, rəsmi Ankara ölkənin raket əleyhinə müdafiə sistemi üçün lazım olan komponentləri Çindən almaq istəyir və bu məsələ danışıqların gündəliyində olacaq.

"Məhz Çin bizə raket əleyhinə müdafiə sisteminin tərkib hissəsi olan ballistik raketlər üçün ən optimal qiyməti təklif etdi. Sonra müəyyən problemlər yaşandı. Ancaq hesab edirəm ki, Pekinin bu sahədəki yeni təklifləri Ankarada müsbət qarşılana bilər", - deyən Ərdoğan, sözü gedən müqavilənin hər iki ölkənin maraqlarına cavab verdiyini vurğulayıb.

Xatırladaq ki, Türkiyə 2009-cu ildə raket əleyhinə müdafiə sisteminin qurulması üçün 4 milyard dollar məbləğində tender elan edib. 2013-cü ilin sonunda Çinin CPMIEC şirkəti bu tenderin qalibi elan edildi. Ancaq məsələ ilə bağlı yekun razılaşma hələ də mövcud deyil. 

Son xəbərlər

Orphus sistemi